"Zanbaqlar" "Şirlər"ə qarşı: Finalda İspaniyanın rəqibi kim olacaq?
Video
10.07.2024 13:08
Futbol üzrə Avropa çempionatında bu gün ikinci finalçı məlum olacaq.
TodayPress xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda, Niderland və İngiltərə milliləri finala vəsiqə uğrunda yarışacaqlar.
İngiltərə 2020-ci il Avropa Çempionatının həlledici matçında oynayıb. “Şirlər” yenidən final həyəcanını yaşamaq istəyirlər. Niderland isə 1988-ci ildən Avro finala çıxa bilmir.
Hazırda ingilisləri darıxdırıcı futbola görə amansızcasına tənqid edirlər. “Zanbaqlar” isə əksinə, Avronun ən parlaq komandalarından biridir. Kimin qarşıdakı matçın favoriti olduğunu zaman göstərəcək.
Almaniyalı FIFA referisi Feliks Svayerin idarə edəcəyi matç saat 23:00-da start götürəcək.
Namiq HUN
tag: Zanbaqlar, Avropa Çempionat, Niderland, Dortmund, İngiltərə, todaypress.az