Yumurtaları soyuducuda saxlamaq onların keyfiyyətinin azalmasına səbəb ola bilər.
Video
04.11.2024 10:34
Yumurtaları soyuducuda saxlamaq onların keyfiyyətinin azalmasına səbəb ola bilər.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, qida üzrə mütəxəssislər belə bir qənaətə gəliblər.
Ekspertlərin sözlərinə görə, hər dəfə soyuducunun qapısı açılanda içindəki yumurtalar temperaturun dəyişməsinə məruz qalır. Bu, keyfiyyətin azalmasına səbəb olur və temperaturun tez-tez dəyişməsi sağlamlıq üçün potensial təhlükə yaradan bakteriyaların böyüməsinə şərait yaradır.
Mütəxəssislər soyuducunun daxili kamerasında yumurta saxlamağı daha yaxşı üsul hesab edirlər. Bu yolla yumurtaların icazə verilən istifadə müddətini artırmaq, həmçinin onların qapını açıb-bağlayan zaman baş verə biləcək zədələnməsinin qarşısını almaq olar.
Günəş Mərd
tag: Yum urta, Sağlamlıq, Mütəxəssislər, Soyuducu, todaypress.az