Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnəcək
Video
12.06.2024 11:49
Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnəcək.
TodayPress-in xəbərinə görə, bununla
bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-3-cü maddə (Yetkinlik yaşına
çatmayan şəxslər barəsində dini kəbinkəsmə) əlavə edilir.
Yeni maddəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində
dini kəbinkəsməyə görə fiziki şəxslər 1000 manat məbləğində cərimə ediləcək.
Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2000 manat məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
tag: Kəbin, cəza, İnzibati xəta, sosial, cəmiyyət, todaypress.az