Yeməyi isti, yoxsa soyuq yeməliyik? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
Video
05.11.2024 12:33
Həm isti, həm də soyuq yeməklərin öz üstünlükləri və mənfi cəhətləri var.
TodayPress xəbər verir ki, isti yemək həvəskarları, diqqətli və ehtiyyatlı olmalıdılar. Çünki isti yeməklərin həddindən artıq istehlakı mədə xorası, qastrit, stenoz, həmçinin ağız, dodaq, dil və daxili selikli qişanın yanıqları kimi müxtəlif problemlərə səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, isti yemək qısa müddətli toxluq hissi yarada bilər, çünki o, daha yavaş istehlak olunur, bu da daha sürətli toxluq hissinə kömək edir.
Soyuq yemək yemək orqanizmdən onu həzm etmək üçün daha çox enerji tələb edir ki, bu da öz növbəsində əlavə funtların yandırılmasına kömək edir.
Bununla belə, mütəxəssislər qeyd edirlər ki, xüsusilə səhər yeməyi və şam yeməyi zamanı soyuq qidaların qəbulu mədə pozğunluğuna, enterokolit və qaz istehsalının artmasına səbəb ola bilər. Bədən soyuq yeməyi çox yavaş həzm edir, çünki onu bədən istiliyinə qədər qızdırmalıdır.
Nərmin Tuncay