Yaddaşı gücləndirmək üçün nə etmək lazımdır?
Video
16.12.2024 13:01
Sadə fiziki fəaliyyət yaddaşı yaxşılaşdırır.
TodayPress xəbər verir ki, bu barədə London Universitetinin Epidemiologiya və Sağlamlıq İnstitutunun tədqiqatçıları Mişela Blumberq və professor Endryu Steptoye məlumat verib.
Blumberq qeyd edib ki, ilk məşqdən sonra koqnitiv qabiliyyətlər yaxşılaşır. Eyni zamanda, onun sözlərinə görə, nəticəni hiss etmək üçün idman zalına getmək lazım deyil.
“Burada əsas olan ürək döyüntünüzü artıran orta və güclü hərəkətlilikdir. Bu, sürətli gəzinti, rəqs və ya bir neçə pilləkən qalxmaq ola bilər. Bunun strukturlaşdırılmış məşq olması vacib deyil” deyə o, diqqətə çatdırıb.
Blumberq əlavə edib ki, üzərində işlədiyi araşdırma fiziki fəaliyyətin yaddaşı 24 saata qədər yaxşılaşdıra biləcəyini göstərib. "Bu, əvvəllər düşünüldüyündən xeyli uzundur" deyə ekspert aydınlaşdırıb.
Töhfə Səməd