Xocavənddə əlində qumbara partlayan gəncin son vəziyyəti açıqlandı - RƏSMİ
Video
07.03.2025 17:24
Xocavənddə əlində qumbara partlayan şəxsin barmaqları amputasiya olunub.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.
"Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib. Vəziyyəti stabil olaraq qiymətləndirilir" deyə məlumatda bildirilib.
Türkan İsgəndərli