Xəbərdarlıq edildi: COVİD-19 yenidən qayıdır..

Video

21.06.2024 15:01

ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin mütəxəssisləri ölkədə daha bir koronavirus epidemiyasının baş verəcəyini istisna etmirlər. 

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. 

Mütəxəssislər yayda COVID-19-un yeni ştammının - FLiRT qrupundan KR.2-nin yayılması fonunda yoluxmanın artacağını gözləyirlər. Ekspertlərin fikrincə, yeni növ hazırda bütün koronavirus infeksiyası hallarının 28,2%-ni təşkil edirsə, martın əvvəlində bu rəqəm cəmi 3,8% olub.

Nərmin Tuncay

tag: COVID 19, ABŞ, Xəstəlik, Nəzarət, Xəbərdarlıq, todaypress.az