Xarici agent kimi ittiham olunan ABŞ senatoru Bob Menendez istefa verdi
Video
24.07.2024 14:31
Amerikada ermənipərəst mövqeyi ilə tanınan senator Bob Menendez istefa verib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, Menendezin istefası avqustun 20-dən qüvvəyə minəcək.
Bildirilir ki, Menendez irəli sürülən ittihamlardan sonra öz partiya üzvlərinin artan təzyiqləri nəticəsində bu qərarı verib.
Nyu-York məhkəməsi onu rüşvətxorluq, maliyyə fırıldaqçılığı və xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla, ümumilikdə 16 maddə üzrə təqsirli bilib.
Qeyd edək ki, Menendez, eyni zamanda, xarici agent kimi fəaliyyət göstərməkdə ittiham olunan ilk ABŞ senatorudur. O, təqsirli bilindiyi halda ittiham olunduğu hər bir maddəyə görə 20 ilə qədər həbs cəzası ala bilər.
Günəş Mərd