Xaçmazda narkotiklə bağlı iki nəfər həbs edildi - FOTO
Video
10.01.2025 12:12
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan TodayPress-ə verilən məlumata görə, rayon sakinləri Vüsal Hüseynov və Sabir Siracov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 4 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.