VIII Ptolemeyin dövründə tikilən ziyarətgah tapıldı

Video

08.12.2024 13:38

Misirin qədim Atribis şəhərində böyük daş məbədin girişini tapıblar. 

TodayPress xəbər verir ki, VIII Ptolemey dövründə (e.ə. 2-ci əsr) tikildiyi güman edilən məbəd qədim Misirin memarlığına və dini adətlərinə işıq salan mühüm kəşfdir.   

2012-ci ildə başlanan qazıntılar artıq məbədin eni 51 metr olan hissələrini aşkara çıxarıb. Hündürlüyü 18 metr olan giriş dirəyinin monumental qüllələri yalnız qismən qorunub saxlanılmışdır. 

Tapıntılar arasında padşahın aslan başlı ilahə Repit və onun oğlu Kolantesə qurban kəsdiyini əks etdirən barelyeflər, məbədin qab-qacaq və amforalarını saxlamaq üçün əvvəllər naməlum olan kamera, habelə məbədin tikintisi və bəzədilməsinin e.ə. 2000-ci illərə aid olduğunu təsdiq edən heroqlif yazılar var. 

Arxeoloqlar qayanın içərisində ziyarətgahın mövcudluğuna işarə edə biləcək izlər tapıblar.  Xatırladaq ki, bu tapıntılar məbəd memarlığının və Ptolemey dövrünün dini ənənələrinin öyrənilməsi üçün yeni imkanlar açır.

tag: Arxeoloqlar,Atribis ,VIII Ptolemey ,Misir,Todaypress.az