Veteranlara şad xəbər: Müavinətlər artırılır? – Millət vəkilindən AÇIQLAMA

Video

20.06.2024 12:26

“Millət vəkillləri veteranlara verilən müavinətin artırılmasının tərəfdarıdır”. 

Bu barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov TodayPress-ə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, bu məsələ gündəmdədir:

“Veteranlara verilən müavinətlərin artırılması Milli Məclisdə daim müzakirə olunan mövzulardan biridir. Qarşıdan gələn 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə olmasa da, başqa vaxt bu müavinətlər artırıla bilər. Biz hesab edirik ki, bu müavinətlər artırılmalıdır. Düzəlişi Milli Məclisdə müzakirə etmişik. İki oxunuşda qəbul edilib. Üçüncü oxunuş isə hələ olmayıb. Hələlik bu barədə bizə müsbət fikir söylənilməyib. Amma biz Millət vəkili olaraq bu müavinətin artırılmasını istəyirik” deyə Vahid Əhmədov qeyd edib. 

tag: Veteran, Müavinətlər, Millət Vəkili, Vahid Əhmədov, Milli Məvlis, todaypress.az