Vens: “NATO ABŞ-ni sağmaq üçün uydurulmuş ideyadır”

Video

11.08.2024 16:38

“Rusiyadan gələn təhdid real olsa belə, ABŞ Aİ-ni qorumağa borclu deyil”. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Ceyms Devid Vens bildirib.   

“ABŞ-nin vitse-prezidenti Kamala Harrisin administrasiyasının “Əgər biz Putini Ukraynada dayandırmasaq, o, Almaniyaya qədər yürüş edəcək” deməsi doğru deyil. Belə olacaqsa, onda Almaniyanın özü nəyə lazımdır? Onlar Rusiyanın işğalını dəf edə bilmirlərsə, bu o demək deyil ki, Amerika Almaniyanın mühafizəçisi rolunu oynamalıdır” deyə o qeyd edib. 

  Vens əlavə edib ki, almanlar öz müdafiələrinə sərmayə qoymalıdırlar, əllərini ciblərinə atmalıdırlar. Bir tərəfdən Rusiyanı təhdid edib, digər tərəfdən Orta Asiya vasitəsilə Rusiya ilə ticarətə davam etməməlidirlər. Vitse-prezidentliyə namizəd NATO-nu da tənqid edib:   

“Əksinə NATO ABŞ-ni sağmaq üçün uydurulmuş çox gözəl ideyadır, amma bu ideya əsasən Avropalılar üçün əladır. Amerika vergi ödəyicələrinin cibinə girərək kimisə qorumaq dövrü bitdi. Hər kəs öz müdafiəsi üçün pul xərcləməlidir. Rusiya bizdən çox Avropa üçün təhdiddirsə, bunun ən böyük yükünü Avropa özü çəkməlidir”.   

Vens sonda bildirib ki, Avropa liderləri bir tərəfdən Amerikanı tənqid edirlər, digər tərəfdən Amerikanı Rusiya ilə savaşa çəkmək və daha çox müdafiələrinə yardım istəyirlər. O, bu yanaşmanı absurd adlandırıb. 


Günəş Mərd

tag: ABŞ, Amerika, Rusiya, Avropa,NATO