Vatikanın sülh missiyası Moskvada - Kreml danışıqlar masasına oturacaq?

Video

15.10.2024 17:11

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin Ukraynada sülh missiyasının rəhbəri kimi təyin etdiyi İtaliya Yepiskopları Konfransının prezidenti, kardinal Matteo Zuppi Rusiyaya səfər edib.

TodayPress xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Matteo Zuppinin ukraynalı azyaşlıların geri qaytarılması, əsirlərin mübadiləsi və sülhə nail edilməsi üçün Moskvada bir sıra görüşləri olub. Kardinalın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdə münaqişə kontekstində humanitar sahədə əməkdaşlıq və beynəlxalq səhnədəki digər məsələlər müzakirə olunub. O, həmçinin Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya Prezidenti yanında uşaq haqları üzrə səlahiyyətli nümayəndə Mariya Lvova-Belova ilə görüşlər keçirib.

Bu, Müqəddəs Taxt-Tacın humanitar təşəbbüsünün bir hissəsi kimi Matteo Zuppinin Rusiyaya ikinci səfəridir. O, 2023-cü il iyunun 28-29-da Moskvaya, daha sonra missiyasının tərkib hissəsi olaraq Kiyevə, Vaşinqtona və Pekinə səfərlər edib.

tag: Rusiya ,Roma ,Moskva, Kiyev ,Papa ,todaypress.az