Vaşinqtonun son qərarı dünya bazarında qiymətləri yüksəldəcək – XƏBƏRDARLIQ

Video

07.04.2025 20:31

“ABŞ Prezidenti Donald Trampın tarif qərarı 2025-ci ildə qlobal ticarətin həcmini 330 milyard dollar azaldacaq”.   

TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.   

Onun sözlərinə görə, Dünya Ticarət Təşkilatının qiymətləndirmələrinə əsasən, yeni tariflər qlobal ticarətdə 1 faiz azalmaya səbəb olacaq.   

 “2024-cü ildə qlobal ticarətin həcminin 33 trilyon dollar olduğunu nəzərə alsaq, dünya iqtisadiyyatına bu qərarın təsirlərini müəyyənləşdirmək çətin olmaz” deyə deputat bildirib.   

Millət vəkili əlavə edib ki, Vaşinqtonun son qərarı yalnız ABŞ-də deyil, bütövlükdə dünya bazarında qiymətləri yüksəldəcək: 

 “Göründüyü kimi, dünya iqtisadiyyatı yeni - heç də asan olmayan bir mərhələyə qədəm qoyur”.   

 Qiymət Mahir

tag: Vüqar Bayramov,Deputat,ABŞ,Tramp,Todaypress.az