Utair Moskvadan Lənkərana uçuşlara başlayır
Video
07.06.2024 15:18
İyunun 22-dən Rusiyanın “Utair” aviaşirkəti paytaxt Moskvadan Azərbaycanın Lənkəran şəhərinə uçuşlara başlayacaq.
TodayPress
bu barədə şirkətə istinadən xəbər verir. Məlumata görə, aviareyslər həftədə bir
dəfə - şənbə günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir. Bu
“Utair” üçün yeni istiqamətdir. Aviaşirkət bu ay xarici marşrutlar şəbəkəsinə
Bakı (Azərbaycan), Antalya (Türkiyə), Səmərqənd (Özbəkistan), İrəvan (Ermənistan)
və digər istiqamətləri də əlavə etməyi planlaşdırır.
tag: Utair, Moskva, Dünya, Lənkəran, Aviaşirkət, todaypress.az