ÜST yeni qlobal epidemiya riskini açıqladı

Video

04.10.2024 10:09

Hazırda dünya “Marburq” virusunun epidemiyası ilə üzləşə bilər.

 

TodayPress xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb .

 

“Ruanda Səhiyyə Nazirliyi 30 rayondan 7-də yoluxma hallarını aşkar etdikdən sonra ölkədə ilk epidemiyanın baş verdiyini təsdiqləyib. Təsdiqlənmiş halların 70 faizindən çoxu Kiqalidəki iki tibb müəssisəsinin tibb işçiləridir”  məlumatda bildirilib.

 

Mütəxəssislər infeksiyada şübhəli bilinən bir nəfərin Ruandanı tərk etməsindən narahatdırlar. Bundan əlavə, virusun mənşəyi və necə yayıldığı məlum deyil.

 

Avqustun 22-də Estoniyadakı hərbi bazada mədə qripi epidemiyası baş verib.


Aynur TAC

tag: ÜST, Qlobal, Estoniya, Hərbi Baza ,todaypress.az