ÜST həyəcan təbili çaldı: 39 milyondan çox insan öləcək
Video
18.09.2024 10:22
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri və dünyanın aparıcı həkimləri belə qənaətə gəliblər ki, antibiotiklərdə mövcud olan bakteriyaların yaratdığı infeksiyalar 2050-ci ilə qədər 39 milyondan çox insanın həyatına son qoya bilər.
TodayPress xəbər verir ki, bu barədə “Lancet” elmi jurnalında məqalə dərc edilib.
Vaşinqton Dövlət Universitetinin professoru Steyin Vollsetin sözlərinə görə, bu bakteriyalar hər il birbaşa və ya dolayı yolla səkkiz milyon insanın həyatına son qoyacaq. O, bildirib ki, bunun qarşısını almaq üçün təcili olaraq yeni strategiyalar hazırlanmalıdır.
Alimlərin fikrincə, antibiotik kimi yeni dərman növü yaratmaqla proqnozlaşdırılan ölüm hallarının sayını azaltmaq olar.
Töhfə Səməd
tag: Ümumdünya Səhiyyə Təşkilatı ,İnsanlar, Alimlər, Ölüm ,Dərmanlar ,todaypress.az