Ürək üçün təhlükəli olan vərdişlər açıqlandı

Video

09.09.2024 15:57

Həddindən artıq duz istehlakı, həmçinin fast food və konservlər ürək sağlamlığına zərərlidir. Bunlar hipertoniya və insultların inkişafına təkan verə bilər. 

TodayPress "Aif.ru"ya istinadən xəbər verir ki, mütəxəssislər yeməklərə duz əlavə etmək vərdişindən əl çəkməyi məsləhət görürlər. 

Bildirilir ki, oturaq həyat tərzi, həddindən artıq spirt istehlakı və siqaret də ürək üçün problem yarada bilər. Həmçinin, ürək problemi ilə qarşılaşmamaq üçün daimi stressdən qaçmağa çalışmalısınız.

Günəş Mərd

tag: Ürək, Problem, Fast Fodd, Mütəxəssilər, Yemək, todaypress.az