Ukraynanın ikinci müdafiə xətti çökmək üzrədir

Video

01.08.2024 10:37

“Avropalı diplomatlar və hərbçilər artıq Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğurlarına inanmır və qarşıdakı 6-9 ay ərzində döyüş bölgəsində atəşkəslə bağlı razılığın əldə olunacağını gözləyirlər”.

TodayPress xəbər verir ki, bu barədə “Die Welt” qəzeti məlumat yayıb.

“Artıq Brüsseldə demək olar ki, heç kim Ukraynadan itirilmiş əraziləri qaytaracağını gözləmir, lakin digər tərəfdən də heç kim bu barədə danışmaq istəmir” deyə nəşr yazır.

Qəzetin həmsöhbətləri bildiriblər ki, Rusiya qoşunlarının Ukraynanın ikinci müdafiə xəttini yarmasına çox az qalıb. 

Avropalı rəsmilər və diplomatlar ABŞ prezident seçkilərinin nəticəsindən asılı olmayaraq qarşıdakı 6-9 ay ərzində münaqişə zonasında atəşkəsin olacağını proqnozlaşdırırlar. 

“Mövcud şəraiti nəzərə alsaq, mən tezliklə atəşkəsdən başqa çıxış yolu görmürəm ki, bu vəziyyət illərlə davam edə bilər və lokal atəşkəs rejiminin təkrar-təkrar pozulması ehtimalı var” deyə əlavə olunub. 

Töhfə Səməd


tag: Avropa, Diplomatlar, ABŞ, Brüssel, todaypress.az