Ukraynanın dəvətini Kreml təxribat adlandırdı: BMT vəziyyətindən narahatdır
Video
20.09.2024 12:46
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “Kursk vilayətində humanitar səylərə qoşulmaq” dəvətinə cavab verib.
TodayPress xəbər verir ki, qurumun rəsmi nümayəndəsi Qalina Balzamovanın sözlərinə görə, işçilər bölgəyə səfər etməyə hazırdırlar, lakin bir şərtlə - hər iki tərəfdən təhlükəsizlik zəmanəti alınmalıdır. Balzamova bildirib ki, BQXK münaqişənin qızışdığı ilk vaxtdan əraziyə giriş əldə etməyə çalışır.
Sentyabrın 15-də Andrey Sibiqa BMT və BQXK tərəfindən Kursk vilayətində humanitar missiyaya qoşulmaq üçün dəvət aldığını açıqlayıb. Diplomatın sözlərinə görə, müşahidəçilər Ukrayna hərbçilərinin humanitar hüquq normalarına riayət etməsinə, habelə Ukrayna Silahlı Qüvvələrinin əsgərləri tərəfindən mülki şəxslərin müdafiəsinə əmin olmalıdırlar.
BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik isə bildirib ki, BMT Kursk və Zaporojye atom elektrik stansiyaları (AES), eləcə də mülki əhalinin vəziyyətindən olduqca narahatdır.
Kreml Kiyevin BMT və BQXK-nın Kursk vilayətinə dəvət edilməsini təxribat hesab edib.
Töhfə Səməd
tag: BMT ,BQXK, Kursk, Kreml, Kiyev, Təxribat ,todaypress.az