Ukraynanın bütün əraziləri raket atəşinə tutuldu

Video

13.12.2024 17:17

Bütün Ukrayna ərazisinə raket hücumu edilib.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Ukraynanın bütün şəhərlərinı – xüsusiən Kiyev, Odessa, İvano-Frankovsk, Ternopol, Xmelnitsi - raket zərbələri endirilib.

Bildirilib ki, əsas hədəf Ukraynanın müxtəlif infrastruktur və energetika obyektləridir.

Əksər şəhərlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Bütün Kiyev ərazisində işıqlar kəsilib, metro stansiyalarının fəaliyyəti dayanıb.

Odessada elektrik nəqliyyatı işləmir və içməli su kəsilib.

Raket hücumunun hazırda davam etdiyi bildirilir.

tag: Ukrayna ,Atəş ,Raket,Hücum, todaypress.az