Ukraynanın 7 vilayətinə PUA hücumu oldu – Rusiyada isə neft bazası vuruldu
Video
14.06.2024 14:50
Rusiyanın Voronej vilayətinin Liskinsk rayonundakı neft bazasına PUA hücumu edilib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Nəticədə bir neçə yanacaq çəni partlayıb. Məlumatı Voronej vilayətinin qubernatoru Aleksandr Qusev də təsdiqləyib.
Rusiya ordusu buna cavab olaraq Ukraynaya Pilotsuz Uçan Aparatlarla (PUA) hücum edib.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşşuk bildirib ki, Xmelnitski, Xarkov, Nikolayev, Odessa, Zaporojye, Dnepropetrovsk və Kirovoqrad vilayətlərində Rusiyaya məxsus 17 “Şahid” tipli PUA məhv edilib. Dağıntı və təlafat barədə məlumat verilmir.
Nərmin Tuncay