Ukraynanı narahat edən açıqlama: Kiyevə hərbi yardım dayandırıla bilər

Video

29.07.2024 15:10

“Bəzi NATO ölkələri Ukraynaya yardımı və Rusiya ilə qarşıdurmanı davam etdirməkdən imtina edə bilər”. 

TodayPress, “Lenta.ru”ya istinadən xəbər verir ki, bu sözləri Oksford Universitetinin hüquq professoru Derrik Uayt deyib.  

Onun sözlərinə görə, Amerikanın 45-ci prezidenti Donald Tramp yenidən dövlət başçısı postuna qayıdarsa, Böyük Britaniya və NATO-nun digər Avropa üzvləri çətin seçim qarşısında qala bilər.

Professor qeyd edib ki, Tramp münaqişədə Ukraynaya silah verən alyans üzvlərini ABŞ-nin “qanadları altından” məhrum edə bilər.

"Bu cür böhran NATO-nu parçalayacaq və zəiflədəcək - bəzi müttəfiqlər Rusiya prezidenti Vladimir Putinlə qarşıdurmadan əl çəkə və Ukraynaya dəstəyini dayandıra bilər" deyə Uyat bildirib.

Töhfə Səməd

tag: Ukrayna, Kiyev, Yardım, Putin, todaypress.az