Ukrayna strateji şəhəri itirmək təhlükəsi ilə üzləşdi
Video
19.12.2024 10:41
“Avropa Rusiyanın Pokrovsk şəhərini ələ keçirməsinin qarşısını almaq üçün verdiyi vədləri təcili şəkildə yerinə yetirməlidir”.
TodayPress xəbər verir ki, bunu “Bloomberg”in köşə yazarı Mark Çempiyon bildirib.
Onun sözlərinə görə, Donetsk vilayətinin ən mühüm dəmir yolu və avtomobil qovşağı artıq şəhərdən 5 km aralıda olan rus qoşunları tərəfindən işğal olunmaq təhlükəsi altındadır. Bura Donetsk vilayətindən Ukraynanın əlində qalan sonuncu şəhərlərdir. Üstəlik, Ukraynada poladın karbonlaşdırılması üçün kokslaşan kömür istehsal edən yeganə mədən də Pokrovskda yerləşir. Kritik əhəmiyyətə malik olan mədənin sahibi etiraf edib ki, artıq üç şaftdan birini bağlayıb və tamamilə boşaldıb.
Pokrovsk şəhərinin və mədənin itirilməsi Ukraynanın polad sənayəsinə ciddi zərbə vuracaq. Bu isə ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək.
Töhfə Səməd