Ukrayna “son nəfəsini verir” - Kiyevə hərbi dəstək azalacaq

Video

09.08.2024 18:06

“İsrail ilə “Hizbullah” arasında münaqişə yaranarsa, ABŞ Ukraynaya yardımı kəsə bilər, çünki yəhudi dövlətinin Kiyevin istifadə etdiyi silahlara ehtiyacı olacaq”.

TodayPress xəbər verir ki, bunu Avstraliya ordusunun istefada olan general-mayoru Mik Rayan bildirib.

“ABŞ seçkilərində Demokratlar qalib gəlsələr belə, Ukraynaya dəstək əhəmiyyətli dərəcədə azala bilər. Yaxın Şərqdə münaqişələr kəskinləşməyə davam edərsə, Ukrayna silah-sursat və diqqətdən məhrum olacaq” deyə Rayan əlavə edib.

Ekspert qeyd edib ki, Kiyevin hava hücumundan müdafiə sistemlərində ciddi çatışmazlıqlar var və ölkənin büdcəsi “son nəfəsini verir”.

“Hər kəs görür ki, Ukrayna ordusu təəccübləndirməyi bacarır və nəticə əldə edir”.

Bu fikri isə Ukrayna prezidenti Volodimir Zelenski səsləndirib. 

“Əsgərlərimiz nəinki böyük müqavimət göstərib, həm də dövlətimizi və müstəqilliyimizi qorumaq üçün lazım olan şəkildə düşmənin cavabını veriblər. Bu, xalqımızın cəsarəti, istəyi ilə edilir” deyə Zelenski qeyd edib.

tag: Ukrayna, İsrail,Hizbullah, Zelenski, Prezident, todaypress.az