Ukrayna sazişi imzalamaqdan imtina edir - Qərbin cavabı nə olacaq?
Video
16.10.2024 16:02
İkitərəfli müqavilənin müddətinin başa çatması ilə əlaqədar 2024-cü ildən sonra Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılması Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi üçün risklər yaradır.
TodayPress xəbər verir ki, bu barədə Aİ ölkələrinin enerji departamentləri rəhbərlərinin Lüksemburqda keçirilən görüşü ilə bağlı “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın yanacaq tədarükünün dayandırılması artıq enerji qiymətlərinin artmasına səbəb olub. Buna görə də, nazirlər görüşdə qitənin qışa hazırlığını müzakirə edəcəklər.
Nəşr qeyd edir ki, Ukrayna uzun illərdir ki, Avropaya qaz nəqli üçün əsas marşrut olub və alternativ qaz axını tapmaq olduqca çətin olacaq.
“Bloomberg”ə görə, məsələ ilə bağlı yekun qərar çox güman ki, son anda, hətta gələn ilin əvvəlində veriləcək.
Rusiya baş nazirinin müavini Aleksandr Novakın daha əvvəl jurnalistlərə verdiyi məlumata görə, 2024-cü ildən sonra Ukrayna ərazisindən qaz nəqli məsələsi Aİ ölkələri tərəfindən həll edilməlidir.
Ukrayna prezidenti Volodimir Zelenski isə daha əvvəl bəyan etmişdi ki, Kiyev “Qazprom”la Rusiya qazının tranziti üçün 2024-cü ilin sonunda müddəti başa çatacaq müqaviləni yeniləməyəcək.
Töhfə Səməd