Ukrayna Rusiyanın itkilərini yenilədi
Video
18.10.2024 17:11
Ukrayna müharibənin 968-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiya indiyə qədər 675 min 800 hərbçi, 9 min 27 ədəd tank, 18 min 53 ədəd zirehli döyüş maşını, 19 min 533 ədəd artilleriya sistemi, və 978 hava hücumundan müdafiə sistemini itirib. Bundan başqa 369 ədəd hərbi təyyarəsi, 329 ədəd helikopteri, 26 min 908 ədəd avtomobil texnikası, eləcə də 17 min 152 ədəd PUA-sı, 2 min 620 qanadlı raketi və 3 min 448 xüsusi avadanlığı sıradan çıxarılıb.
tag: Rusiya, Ukrayna,İtki