Ukrayna Rusiyanın 3 vilayətinə PUA hücumu təşkil etdi

Video

15.07.2024 14:06

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod, Kursk və Rostov vilayətləri üzərində 4 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. PUA hücumu nəticəsində Rostovda neft bazası yanıb.

Yanğına üçüncü dərəcə təyin edilib. Alovun ram edilməsi üçün 49 nəfər və 14 texnika cəlb olunub. Zaporojye vilayətində isə FHN-nin bir əməkdaşı xəsarət alıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib.

Bu arada Çexiyanın təşəbbüsü ilə Ukraynaya iyul və avqust aylarında 50 min silah-sursat göndəriləcək. Bu barədə Çexiya prezidenti Petr Pavelin deyib. O, qeyd edib ki, Kiyev sentyabr ayından ilin sonuna kimi ayda 80 mindən 100 minədək sursat alacaq.

“Ukrayna ilə bağlı razılaşmalar ümumi kontekstdən çıxarılan ayrı-ayrı məsələlərlə bağlı deyil, hərtərəfli olmalıdır”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamasında deyib.

Sitat: “Kreml hər hansı razılaşmanı istisna etmir. Prezident Putin dəfələrlə bildirib ki, o, barəsində danışdığımız məsələ haqqında razılıq əldə etməyə hazırdır. Dialoqa başlamaq üçün məsələlər hərtərəfli həll edilməlidir” sitatın sonu.

tag: Ukrayna, Rusiya, PUA,Hücum, Todaypress.az