Ukrayna Qərbdə təlim keçmiş elit briqadanı döyüşə göndərəcək

Video

03.12.2024 16:07

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı özünün ən elit briqadalarından birini - Polşa və Fransada üç aylıq təlim keçdikdən sonra respublikaya gələn 155-ci mexanikləşdirilmiş briqadanı döyüşə göndərə bilər. 

TodayPress xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Jurnal bildirib ki, bu briqada may ayında yaradılıb. Əvvəlcə yalnız kağız üzərində mövcud olan briqada bu ilin sentyabrında 2300 hərbi qulluqu ilə Fransaya gedib.  Orada fransız ordusunun təlimatçıları tərəfidən onlara təlim keçilib. Eyni zamanda, 155-ci mexanikləşdirilmiş briqadanın tank batalyonunun bir neçə yüz ukraynalı əsgəri Polşada təlimdə olub.

Nəşr qeyd edib ki, Fransa 155-ci briqadanı “Sezar” özüyeriyən haubitsaları, “AMX-10RC” kəşfiyyat maşınları və ağır minaatanlarla təchiz edib. Polşa da öz növbəsində 31 “Leopard 2A4” tankı bağışlayıb.

Bundan əlavə, briqada müxtəlif növ pilotsuz uçuş aparatları və lazımlı vasitələrlə tam təchiz olunub.

Töhfə Səməd

tag: Ukrayna, Zelenski,Təlim, Qərb, todaypress.az