Ukrayna PUA-larla hücuma keçdi - Rusiyanın neft bazası vuruldu

Video

29.06.2024 11:01

Ukrayna ordusu ehtimal ki, Xarkov vilayətinin Volçansk şəhərində Rusiyanın 83-cü elit Hava Desant Briqadasını darmadağın edib. 

TodayPress xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.

Bildirilib ki, adı çəkilən məntəqəyə hücum rus qoşunları üçün qan gölünə çevrilib. Məlumata görə, Rusiyanın 83-cü elit Hava Desant Briqadası çoxlu sayda itki və döyüşməkdən imtina edənlər səbəbindən döyüş effektivliyini itirib və onu bərpa etmək üçün Volçanskdan geri çəkilib. 

Qeyd edək ki, 83-cü Hava Desant Briqadası Rusiyanın ən elit döyüş bölmələrindən biri hesab olunur. 

Bu arada Ukraynaya məxsus PUA Tambov vilayətindəki neft bazasına hücum edib. Bunu vilayət qubernatoru Maksim Yeqorov deyib.

Tambov vilayətinin Miçurinski bələdiyyə rayonunda neft bazasına PUA hücumu olub. Nəticədə yanğın baş verib. Hazırda alov ram edilib. İtki yoxdur. Lazım gələrsə, sakinlər evakuasiya ediləcək” deyə o bildirib.

tag: Ukrayna, Ordu, Xarkov, Rusiya, Hava Desant, todaypress.az