Ukrayna PUA-larla Adıgeyə hücum etdi, hərbi aerodrom vuruldu
Video
11.10.2024 10:48
Ukrayna PUA-larla Rusiyanın Adıgey Respublikasında yerləşən hərbi aerodroma hücum edib.
TodayPress xəbər verir ki, PUA hücumundan sonra aerodrom ərazisində yanğın başlayıb. Nəticədə hərbi aerodroma bitişik olan qəsəbə təxliyə olunub.
Adıgeyin rəhbəri Marat Kumpilov bildirib ki, Maykop ətrafı Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və yanğın baş verib. Onun sözlərinə görə, aerodroma bitişik olan Rodnikovıy qəsəbəsinin sakinləri təxliyə olunur.
Ən son məlumata görə, artıq 1300 nəfər insan evukasiya edilib.
Kumpilov PUA hücumu nəticəsində xəsarət alanların olmadığını söyləyib.