Ukrayna ordusu Kurskda strateji əhəmiyyətli körpünü havaya uçurdu

Video

17.08.2024 15:05

Ukrayna hərbçiləri Kursk vilayətinin Xluşkovo kəndi yaxınlığında Seym çayı üzərindəki strateji əhəmiyyətli körpünü dağıdıblar. 

TodayPress xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb. 

Nəticədə Qluşkov rayonunun bir hissəsi - Tyotkino, Popovo-Lejaçi, Volfino kəndləri və 27-yə yaxın başqa yaşayış məntəqəsi ilə əlaqə kəsilib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri körpünün dağıdılma anının videosunu yayımlayıblar .  

Qeyd olunur ki, bu, bölgədəki ən mühüm logistika arteriyasıdır.

Günəş Mərd

tag: Ukrayna, Körpü, Kursk,Xluşkovo, todaypress.az