Ukrayna ordusu geri çəkildi, Makarovka da Rusiyanın nəzarətinə keçdi

Video

13.11.2024 09:28

Ukraynanın Donetsk vilayətinin Makarovka qəsəbəsində Rusiya bayrağı ucaldılıb.

TodayPress xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının komitə sədri Vladimir Roqov “Teleqram” kanalında yazıb.

Roqov bildirib ki, Rusiya ordusunun fəal hücumları nəticəsində Ukrayna qüvvələri sözügedən ərazidən geri çəkiliblər.

“Hərbiçilərimiz bu yaşayış məntəqəsində Rusiya bayrağını qaldırıblar” qurum rəsmisi bildirib.

tag: Ukrayna, Rusiya, Bayraq, Hərbçilər, todaypress.az