Ukrayna Kurskda 82 yaşayış məntəqəsini nəzarətə götürdü

Video

16.08.2024 10:10

Ukrayna Kursk vilayətində hərbi komendantlıq yaradıb. General-mayor Eduard Moskalyov rəhbər təyin edilib.

TodayPress “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib.   

Onun sözlərinə görə, Kursk vilayətinin Sudja qəsəbəsində və daha üç yaşayış məntəqəsində arama-tarama əməliyyatları başa çatıb. 

"Nəzarət olunan ərazilərdə asayişi qorumaq və əhalinin prioritet ehtiyaclarını təmin etmək üçün hərbi komendantlıq yaradılıb. Onun rəhbəri vəzifəsinə general-mayor Moskalyov təyin edilib" deyə Sırski əlavə edib.

O, qeyd edib ki, Ukrayna qoşunları Kurskun 35 km dərinliyinədək irəliləyib. 1150 kvadrat kilometr ərazi və 82 yaşayış məntəqəsi nəzarətə götürülüb.  

Günəş Mərd

tag: Ukrayna, Kursk, Rusiya, Əyalət, todaypress.az