Ukrayna Kuraxivi tərk edir - Ordu geri çəkilir
Video
15.11.2024 16:36
Ukrayna ordusu Kuraxiv şəhərinin (Donetsk vilayəti) cənub və cənub-şərqindəki yaşayış məntəqələrindəki mövqelərindən şəxsi heyəti kütləvi şəkildə çıxarmağa çalışır.
TodayPress xəbər verir ki, bu barədə “TASS”a Rusiya təhlükəsizlik orqanlarından məlumat verilib.
Məlumatda deyilir ki, Ukrayna Yelizavetovka, İlyinka, Annovka və Uspenivkadakı qüvvələrini kütləvi şəkildə çıxarmağa çalışır.
“Gülləbaran edilən yollarla qaçırlar, itki verirlər” mənbə agentliyə deyib.