Ukrayna ilə bağlı ikinci “Sülh sammiti” ləğv edildi

Video

10.10.2024 12:07

Ukrayna üzrə noyabrda baş tutmalı olan ikinci “Sülh sammiti” ləğv edilib.   

TodayPress xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Daria Zarivna müsahibəsində bildirib.   

“İkinci “Sülh sammiti” noyabrda baş tutmayacaq. Amma onu növbəti aylarda keçirmək üçün hər şey artıq hazır olmalıdır” deyə o, qeyd edib.   

Zarivna əlavə edib ki, hazırda Ukrayna liderinin “Sülh planı”nın hər bir bəndi üzrə tematik konfranslar keçirilir.   

Qəbul edilmiş bəyanatların müddəaları Ukrayna üzrə “Sülh sammiti” üçün əsas olacaq.

tag: Ukrayna,Sülh sammiti,Zelenski,Bəyanat,Todaypress.az