Ukrayna əks-hücuma keçdi: Kurskda bir neçə kənd nəzarətə götürdü

Video

07.08.2024 14:48

Rusiyanın Kursk vilayətində vəziyyət son dərəcə gərgindir.

TodayPress xəbər verir ki, bu barədə Rusiyanın bır sıra teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, Ukrayna ordusu davam edən şiddətli döyüşlər nəticəsində Kursk vilayətinin Sudja rayonu ərazisindəki Nikolaevo-Daryino və Sverdlikovo kəndlərinə, həmçinin, Qoqolevskaya və Qonçarovka qəsəbələrinə nəzarəti ələ keçirib. Oleşynya yaşayış məntəqəsində isə vəziyyət gərgin olaraq qalır.

Qeyd olunub ki, Ukrayna hərbçiləri hücumun arealını daha da genişləndirməklə bağlı tapşırıq alıb. Bunda əsas məqsədin müdafiə xəttini yararaq, daha çox əraziyə nəzarəti təmin etməkdir. Hazırda Rusiya ərazisində Ukrayna ordusunun 2000 nəfərədək şəxsi heyətinin olduğu deyilir.

Kursk vilayətinin qubernatoru Aleksey Smirnovun sözlərinə görə, Ukrayna tərəfinin əsas məqsədi rayon mərkəzinə yaxın ərazilərdə möhkəmlənmək, eləcə də “Kurçatov” AES-i ələ keçirməkdən ibarətdir. Döyüşlər nəticəsində Ukrayna ordusuna məxsus 16 ədəd zirehli maşın və iki ədəd “Buk” zenit-raket kompleksi zərərsizləşdirilib.

Nərmin Tuncay

tag: Kursk, Ukrayna, Rusiya, AES,Aleksey Smirnov, todaypress.az