Ukrayna çörək qıtlığı təhlükəsi ilə qarşı-qarşıyadır

Video

08.08.2024 16:32

Ukrayna çörək zavodları un və digər xammal məhsulların qiymətinin artması, həmçinin enerji təchizatındakı problemlər səbəbindən fəaliyyətini dayandıra bilər ki, bu da vətəndaşlara çörəyin verilməsində fasilələrə səbəb olacaq.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb. 

Ümumkrayna Çörəkçilər Assosiasiyasının prezidenti və “Kiyev Çörəyi” şirkətinin direktoru Yuri Duçenko bildirib ki, iyun və iyul aylarında Ukraynanın əsas çörək istehsalçıları demək olar ki, işləməyiblər.

“Son bir neçə ayda unun qiyməti 50% artıb. Elektrik enerjisi, logistika və qablaşdırma materiallarının, eləcə də digər xammalın (şəkər, günəbaxan yağı) qiyməti bahalaşıb. Çörəyin qiymətini 15-20 faiz artırmaq lazımdır. Bu baş verməsə, bir çox çörək zavodları fəaliyyətini dayandıracaq ki, bu da nəticədə ölkədə çörək qıtlığına gətirib çıxaracaq” deyə o, əlavə edib.

Töhfə Səməd


tag: Ukrayna, Çörək Qıtlığı,Zavodlar,Yuri Duçenko, todaypress.az