Ukrayna cəbhəyə hazırlıqsız hərbi qulluqçular göndərir
Video
10.09.2024 17:19
Ukrayna hərbçiləri hakimiyyətin təlimsiz əsgərləri cəbhəyə göndərməsindən şikayətlənir.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” ukraynalı əsgərə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, təlim mərkəzindən ordu bölmələrinə yeni gələn hərbi qulluqçular növbəti gün cəbhəyə göndərilir.
Nəşr həmçinin qeyd edir ki, səfərbər olunan hərbçilər əvvəllər könüllü kimi qeydiyyatdan keçənlərlə müqayisədə yaşlı, daha az sağlam və motivasiyasızdırlar.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin insanlara və silahlara çox ehtiyacı var.
Töhfə Səməd