Üçüncü tərəfin buna müdaxiləsi yolverilməzdir - Elmar Məmmədyarovdan ÖZƏL AÇIQLAMA
Video
29.11.2024 12:26
“Polşa prezidenti Andjey Dudanın Ermənistan-Azərbaycan sərhədinə səfəri Brüsseldə qaldırılmalıdır”
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov bunu TodayPress-ə açıqlamasında bildirib.
O, qeyd edib ki, Azərbaycan Avropa İttifaqının bundan sonrakı addımlarını diqqətlə izləməlidir:
“Düzdür, Aİ-nin bölgəyə müşahidə missiyası yerləşdirməsi Ermənistanın qərarıdır. Amma Azərbaycan-Ermənistan sərhəddi ilə bağlı bəzi məsələlər var ki, onlar yanlız bu iki tərəfə aiddir. Üçüncü tərəfin buna müdaxiləsi yolverilməzdir. Ona görə bu məsələ Brüsseldə danışıqlar mövzusu olmalıdır”.
E. Məmmədyarov hesab edir ki, Polşa Prezidentinin Ermənistan-Azərbaycan sərhədinə səfərini ilk növbədə Rusiyanın prizmasından baxıb təhlil etmək lazımdır. Çünki burada Aİ-nin əsas məqsədlərindən biri ilk növbədə Rusiyanın Ermənistandakı nüfuzunu azaltmaqdır. Onlar çox yaxşı başa düşürlər ki, hələ də Rusiyanın Ermənistanda nüfuzu yüksəkdir.
Qeyd edək ki, Polşa Prezidenti Andjey Duda sentyabrın 27-də Azərbaycanla sərhədə gedərək Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşüb.
Azərbaycan Xarici işlər Nazirliyi (XİN) Dudanın bu addımına münasibət bildirərək onun "binokl şousu”nda iştirak etməsindən təəssüfləndiyini bəyan edib
Günəş Mərd
tag: Azərbaycan, Ermənistan, Nazir, Sərhəd, Duda, todaypress.az