Üç uşağı olanlara MÜHÜM XƏBƏR

Video

07.04.2025 20:51

“Azərbaycanda çoxuşaqlı anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi, həmin ailələrə bir çox güzəştlər yaradacaq”. 

Milli Məclisin deputatı Vüqar Bayramov bunu TodayPress-ə danışarkən bildirib. 

Onun sözlərinə görə, təklifin qəbul olunması ilə çoxuşaqlı ailə anlayışına daxil olan bütün ailələr müavinətlərdən istifadə edə biləcəklər.   

"Çoxuşaqlı ailələr üçün dövlət dəstəyi Azərbaycan qanunvericiliyi ilə müəyyənləşib. Həm “Sosial müavinətlər haqqında” Qanuna əsasən çoxuşaqlı ailələrdə hər uşağa dövlət büdcəsindən aylıq müavinət ödənilir. Bu təklifin qəbul olunması halında, çoxuşaqlı ailələrdə valideynlər beş il daha tez pensiyaya çıxmaq hüququ qazanacaqlar".   

Parlamentari hesab edir ki, bu, uşaqların və uşaqlı ailələrin sosial təminatının gücləndirilməsi baxımından vacibdir.   

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputatlar Vüqar Bayramov və Musa Quliyev çoxuşaqlı anlayışının 5 uşaqdan 3 uşağa endirilməsini təklif ediblər. 

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Çoxuşaqlı,Ailə,Todaypress.az