Tverə PUA hücumu oldu - Sakinlər təxliyə edildi

Video

19.09.2024 10:47

Rusiyanın Tver vilayətinin Toropets şəhərinə PUA hücumu edilib.

TodayPress xəbər verir ki, bu barədə regional administrasiyasının sosial şəbəkədə yaydığı məlumatda deyilir.

“Hörmətli Toropets sakinləri. Şəhərdə qismən mütəşəkkil evakuasiya aparılır. Vəziyyət nəzarət altındadır” deyə administrasiyadan bildirilib.

Məlumata görə, hücum nəticəsində şəhərdə yerləşən sursat anbarında güclü partlayış və yanğın baş verib.

Yanğın təhlükəsi səbəbindən Tver vilayətinin qubernatoru İqor Rudenya Toropets şəhərinin əhalisinin bir hissəsinin təxliyə olunmasını əmr edib. Sakinlərin təxliyəsi üçün qaynar xətt təşkil edilib.

Rusiya Teleqram kanalları yazır ki, yerli sakinlər qonşu Qərbi Dvina şəhərinə köçürülür. Bu şəhərdə də uşaq bağçaları və məktəblərin fəaliyyəti dayandırılıb.

tag: Rusiya, Ukrayna, Hücum ,Qərb ,todaypress.az