Türkiyədə növbəti terror aktı: reallıqlar nəyi ifadə edir?
Video
25.10.2024 15:19
“Türkiyənin hərbi sənayesi son illərdə sürətlə inkişaf edir və bu, ölkənin iqtisadiyyatında və geopolitik vəziyyətində mühüm rol oynayır. 2023-cü ildən etibarən, öz müdafiə ehtiyaclarının 70%-dən çoxunu yerli istehsal ilə qarşılamağı hədəfləyən qardaş ölkə ixracatda rekordlar qırmaqdadır”.
TodayPress xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Türkiyə may ayında müdafiə və aviasiya ixracatı 876 milyon dollar təşkil edib. Bu rəqəm sektorun tarixində bir ay ərzində ən böyük ixrac rəqəmi kimi qeydə alınıb.
“İlk 5 ayda ixracatı isə ötən ilin eyni dövrü ilə müqayisədə 9% artaraq, 2,2 milyard dollara çatıb. Bu Türkiyə adına möhtəşəm göstəricidir. Türkiyənin hərb sənayesi böyüdükcə, onun qlobal gücü də böyüyür”.
İqtisadçının fikrincə dünən Türkiyədə baş verən terror hadisəsinin olduğu yer və onun səbəbinin də məhz yuxarıda qeyd edilən faktorlarla birbaşa əlaqədədir. Amma təcrübə onu göstərir ki, Türkiyəyə qarşı edilən belə addımlar qardaş ölkəni daha da gücləndirir. Çünki, seçim qalmır. Ətrafı riyakarlıq, qeyri-standartlıq və terror olan ölkənin yeganə yolu güclənməkdir.
Töhfə Səməd
tag: Terror, Türkiyə