Türkiyə üçün “revanş” şansı: “Ay-ulduzlar” Avstriyanı fəth edə biləcək?
Video
02.07.2024 12:35
Futbol üzrə Avropa çempionatında bu gün son 1/4 finalçılar müəyyənləşəcək.
TodayPress xəbər verir ki, günün ilk qarşılaşması Münhendəki "Alyans Arena"da Rumıniya və Niderland milliləri arasında keçiriləcək.
Rəqiblər indiyədək 10 dəfə qarşılaşıblar. Bunlardan 8-də Niderland seçməsi, 1-də isə Rumıniya millisi qələbə qazanıb. Bir dəfə isə heç-heçə qeydə alınıb.
Almaniyalı baş hakim Feliks Şvayerin fit sahibi olacaq matç saat 20:00-da başlayacaq.
Günün ikinci qarşılaşması Leypsiqdəki “Red Bull Arena”da baş tutacaq. Burada Avstriya və Türkiyə komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.
Komandalar indiyədək ümumilikdə 14 dəfə qarşılaşıblar. Bunlardan 7-də Türkiyə millisi, 6-da isə Avstriya seçməsi qalib gəlib. Bir dəfə isə qolsuz heç-heçə qeydə alınıb.
Portuqaliyalı baş hakim Artur Diaşın idarə edəcəyi Avstriya – Türkiyə matçı saat 23:00-da başlayacaq.
Namiq HUN
tag: Türkiyə, Ay Ulduzlar, Avropa Çempionat, Almaniya, Feliks Şvayer, todaypress.az