Türkiyə sərhədi açdı: Ermənistan təxribata hazırlaşır? - ŞƏRH

Video

28.03.2025 11:50

"Ermənistanın Suriyaya göndərmək istədiyi humanitar yardımın əsas məqsədi yeni hökumətlə əlaqələri davam etdirmək ola bilər". 

Politoloq Samir Hümbətov bunu TodayPress-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Əhməd əl-Şaraa hökuməti daha çox Türkiyənin fikirləri ilə hesablaşan bir administrasiyadır. Bu, isə Ermənistanın Suriyada əvvəlki təsir imkanlarını bərpa etməsini çətinləşdirir. Buna görə də humanitar yardımla Suriyanı ələ almaq mümkün deyil.   

Analitik Türkiyə ilə Ermənistan arasındakı "Marqara" keçid məntəqəsinin müvəqqəti açılması məsələsinə də aydınlıq gətirib:   

“Ermənistan daxilindəki ultra-millətçi kəsim - Daşnaksütyun və "Qarabağ klanı" rəsmi İrəvanın Türkiyə ilə münasibətlərinin qurulmasını istəmir və qarşı çıxırlar. Buna görə də, onlar bu prosesin dayandırılması üçün təxribatlar törədə bilərlər. Ümumiyyətlə Türkiyə-Ermənistan sərhədlərinin açılması rəsmi Bakı ilə Ankara arasında koordinasiya çərçivəsində həyata keçirilməlidir".   

Siyasi şərhçinin qənaətincə, sərhədin birdəfəlik açılması ilə bağlı hər hansı bir addım atılarsa, Ermənistan istər daxili, istərsə də xaricdən dəstəklənən qüvvələrlə təxribatları alovlandıra bilər.   

Qeyd edək ki, Ermənistan-Türkiyə sərhədində yerləşən "Marqara" keçid məntəqəsi martın 21-də müvəqqəti olaraq açılıb. Buna səbəb Ermənistanın Suriyaya humanitar yardım göndərməsidir. Bildirilib ki, sərhəd martın 31-dək açıq qalacaq.   

Türkan İsgəndərli

tag: Ermənistan,Türkiyə,Suriya,Samir Hümbətov,todaypress.az