Türkiyə ordusu Suriyada əməliyyat keçirdi: Hədəflər məhv edildi

Video

30.12.2024 16:06

Türkiyə Silahlı Qüvvələrinin son əməliyyatlarında İraq və Suriyanın şimalında ümumilikdə 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Terrorçular üçün qaçmağa yer yoxdur, onlar üçün heç bir məkan təhlükəsiz deyil. Qəhrəman Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyat zonasında 2, Suriyanın şimalında isə “Fərat Qalxanı” zonasında şəxsiyyəti müəyyən edilən 2 PKK/YPG yaraqlısını məhv edib. Harada olur-olsunlar, türk əsgəri terrorçuları rahat buraxmayacaq” deyə açıqlamada bildirilib.

tag: Türkiyə ,Silahlı Qüvvələr,İraq ,Suriya,PKK,YPG ,todaypress.az