Türkiyə Niderlandı, İngiltərə isə İsveçrəni sınağa çəkəcək - 1/4 finalın son oyunu

Video

06.07.2024 13:41

Futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalın son oyunları keçiriləcək.

TodayPress xəbər verir ki, günün ilk matçı Düsseldorfdakı "Esprit Arena"da İngiltərə və İsveçrə komandaları arasında baş tutacaq.

İngiltərə və İsveçrə milli komandaları 15 dəfə qarşılaşıblar. Futbolun yaradıcıları 11 oyunda qələbə qazanıb. İsveçrəlilər isə yalnız bir matçda rəqibdən güclü olub. 3 qarşılaşmada heç-heçə qeydə alınıb.

İtaliyalı referi Daniele Orsatonun idarə edəcəyi matç saat 20:00-da başlayacaq.

Yarımfinal mərhələsində mübarizəni davam etdirəcək son komandanın adına isə Niderland - Türkiyə qarşılaşmasında aydınlıq gələcək. Komandalar Berlindəki Olimpiya stadionunda güclünü müəyyən edəcəklər. 

Türkiyə millisi tarixinin ən yaxşı nəticəsinə, Avro-2008-də qazandığı bürünc medal uğurunu təkrarlamağa çox yaxındır. “Ay-ulduzlular” Niderland millisi ilə 12 dəfə üz-üzə gəlib. “Narıncılar” 6 oyunda qələbə qazanıblar, Türkiyə isə 3 qarşılaşmada rəqibdən güclü olub. 3 oyunda isə heç-heçə qeydə alınıb.

Fransalı referi Kleman Turpenin idarə edəcəyi matç saat 23:00-da başlayacaq.  

Namiq HUN

tag: Türkiyə, Niderland, İsveçrə, Berlin, AVRO 2024, todaypress.az