Trampın Xameneiyə məktubu: Ağ Ev sahibinin hiyləgər gedişi nəyə hesablanıb?

Video

15.03.2025 11:52

"ABŞ Prezidenti Donald Trampın İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub göndərməsi Ağ Ev sahibinin hiyləgər gedişidir".   

TodayPress xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu öz “Facebook” sosial şəbəkə hesabında yazıb. 

O bildirib ki, Tramp məktubu İranın prezidentinə deyil, dini rəhbərə ünvanlamaqla qərarların Tehranda deyil, Qumda verilməsini qəbul etdiyini göstərib. 

"Tramp bəyan edib ki, İranla razılaşmaya üstünlük verir və Tehran nüvə silahına sahib ola bilməz. Məntiqlə Xameneiyə Trampa cavab məktubu göndərməlidir. Ancaq Amerika ilə danışıqları “axmaqlıq” adlandıran Xamenei ona cavab məktubu yazar? Trampın hiyləsi elə ondan ibarətdir ki, o, Qumdan cavab almasa və ya cavab onu qane etməsə, İsrailə İranın nüvə mərkəzlərinə zərbə endirməsinin yolunu açacaq" deyə ekspert qeyd edib.    Türkan İsgəndərli

tag: ABŞ ,Donald Tramp,Ayətullah Seyid Əli Xamenei,Qum,todaypress.az