Tesla ucuz elektrik avtomobili yaratmağa söz verdi
Video
27.10.2024 17:35
Tesla korporasiyası ucuz elektrik avtomobili hazırlayacağına söz verib.
TodayPress-in “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, şirkətin üçüncü rübünün hesabatı onu bu addımı atmağa vadar edib. Korporasiyadan qeyd edilib ki, ucuz avtomobillər yeni platformada yaradılacaq.
Bununla belə, pula qənaət etmək üçün Tesla onları indiki platformaların elektrik avtomobilləri ilə eyni konveyerlərdə istehsal edəcək. Engadget-in məlumatına görə, Amerika hökumətinin subsidiyalarını nəzərə almasaq, ABŞ-də ən ucuz Tesla elektrik avtomobilinin qiyməti 42 min 490 dollardır. 2024 modellərinin qiyməti isə 63 min dollardan başlayır.
Bundan əvvəl Amerikanın Tesla korporasiyasının səhmdarları İlon Maskın şirkətindən ucuz elektrik avtomobili buraxmağı tələb edirdilər. İnvestorlar 25 min dollardan aşağı qiymətə satılacaq avtomobilin satışa çıxarılmasına ümid edirlər.
Qeyd edək ki, yeni maşınların istehsalına 2025-ci ilin əvvəlində başlanması gözlənilir.