"TESLA" 2400-dən çox pikapını geri çağırdı
Video
18.11.2024 08:59
ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyası (NHTSA) geri çağırılma ilə bağlı məlumat yayıb.
TodayPress xəbər verir ki, geri çağırılan avtomobillər 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyul ayına qədər istehsal edilən pikapları əhatə edir.
Geri çağırılmanın səbəbi sürücü invertorundakı nasazlıqdır. Bu da pikapın dartma qabiliyyətini azalda bilər və qəza riskini artıra bilər. "Tesla" geri çağırılan avtomobillərdə nasaz invertoru pulsuz olaraq dəyişdirəcək.
Bu, cari il ərzində "Cybertruck" modelləri üçün edilən altıncı geri çağırmadır.
Xatırladaq ki, "Cybertruck"un seriyalı istehsalına 2023-cü ilin iyul ayında başlanılıb və ilk tədarüklər noyabr ayında həyata keçirilib.